• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 717
— 01.11.2014 13:08

Futbol üzrə Türkiyə Superliqasında 8-ci turun oyunlarına start verilib

İlk oyun günündə "Qalatasaray" Türk Telekom Arenada "Kasımpaşa"nı qəbul edib. Görüşdə hesabı qonaqlar açıb. 41-ci dəqiqədə Adəm Büyük qapıçı ilə dueldən qalib ayrılıb. İkinci hissədə "cim-bom" oyunda nəzarəti ələ keçirib. 53-cü dəqiqədə Burak Yılmaz dəqiq oynayaraq görüşdə tarazlığı bərpa edib. Qarşılaşmanın son anlarında isə Umut Bulut başı ilə fərqlənərək "sarı qırmızılılar"a 2:1 hesablı əzmkar qələbə qazandırıb.

Türkiyə Superliqası

31 oktyabr

“Qalatasaray” – “Kasımpaşa” – 2:1

Qollar: Büyük, 41 (0:1), Burak, 53 (1:1), Bulut, 90 (2:1)


1 noyabr

“Gənclərbirliyi” – “Başakşəhər”

“Bursaspor” – “Sivasspor”

“Akhisar” – “Trabzonspor”

2 noyabr

“Qaziantepspor” – “Mesrsin”

“Rizespor” – “Ərciyəsspor”

“Beşiktaş” – “Fənərbaxça”

“Eskişehirspor” – “Balıkesirspor”

“Konyaspor” – “Karabükspor”