• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1496
— 01.11.2014 13:06

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 9-cu tura yekun vurulub

Son oyun günündə 3 görüş baş tutub. Gəncənin Kəpəz komandası Bakıda Lokomotivin qonağı olub. Nizami yurdunun təmsilçisi uğursuzluq zolağından çıxaraq səfərdə 3:1 hesabıyla qələbə qazanıb. Digər iki oyunda Neftçala evdə Energetiki 3, Turan Tovuz isə səfərdə Göyəzəni 5 cavabsız qolla üstələyib.

1-ci divizion
9-cu tur
31 oktyabr

Lokomotiv - Kəpəz 1:3
Qollar: Rəşad Piriyev, 54-pen. - Arzuman Nəsibov, 16. Ramil Həşimzadə, 75. Araz Mansurov, 90+3.

Göyəzən - Turan Tovuz 0:5
Qollar: Akif Tağıyev, 29; 61; 84. Qaqa Murtsxvaladze, 42; 66.

Neftçala - Energetik 3:0
Qollar: Məhəmməd Alıyev, 20-pen. Məhəmməd Xəlilov, 25. Ramil Mansurov, 74.