• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1176
— 01.11.2014 12:11

Gəncədə idarə və müəssisələrin iştirakı ilə kütləvi iməcilik keçirilib

Gəncə- Şəmkir yolunun sağ və sol hissəsində yeni salınan yaşıllıq zolaqlarına mövsümü qulluq göstərilib. Ərazidəki ağacların dibləri yumşaldılıb, körpə tinglərə dayaq basdırılaraq bərkitmə işləri aparılıb. Həmçinin ərazidəki qurumuş alaq otları və kollar toplanaraq yandırılıb. 20 minədək ağacın əkildiyi yaşıllıq zolağı xüsusi texnologiya əsasında suvarılır. Yaxın vaxtlarda əraziyə yeni tinglərin basdırılmasına başlanılacaq.