• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1982
— 01.11.2014 11:33

Ağstafada bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib

Səhər saatlarında Ağstafa rayonunun Poylu qəsəbəsində bir nəfərin ölümü, bir nəfərin isə yaralanması ilə nəticələnən yol qəzası baş verib. Hadisə zamanı Poylu kənd sakini Qədir Yusifovun idarə etdiyi "VAZ 21-06" ilə Tatlı kənd sakini Elgün Novruzovun idarə etdiyi “PAZ” markalı sərnişin avtobusu toqquşub. Zərbənin təsirindən "VAZ 21-06" bir neçə hissəyə bölünüb. Qəza zamanı avtobusda sərnişinlər olmadığından yalnız sürücü Elgün Novruzov xəsarət alıb. Yaralı dərhal Ağstafa Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə yerində dünyasını dəyişən 28 yaşlı Qədir Yusifovun cəsədini isə xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə avtomobildən çıxararaq  aidiyyəti üzrə təhvil veriblər. Faktla bağlı araşdırma aparılır.