• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1024
— 31.10.2014 19:11

Sumqayıt polisi axtarışda olan şəxsi ələ keçirib

Sumqayıt polisi məhkəmənin qərarı ilə axtarışda olan şəhər sakini 46 yaşlı Akif Cabbarovu saxlayıb. Akifi məhkəməlik edən hərəkəti isə keçmiş həyat yoldaşına qarşi zor tətbiq etməsi olub. Şəhərin 9-cu mikrorayon bina 45 mənzil 1 ünvanında yaşayan Akif həyat yoldaşı 41 yaşlı Arzu Cəmaləddinova ilə həmin ünvanda anasının himayəsində yaşayıb. İçki alüdəçisi olan Akif Cabbarov işindən azad olunandan sonra həyat yoldaşından da ayrılıb. Cütlük arasında yaranan ev mübahisəsi Akifin həyat yoldaşını bərk döyməsi ilə başa çatıb. Həkim komissiyası Arzu Cəmaləddinovanın xəsarətinin ciddi olduğunu bildirməsi, son olaraq həyat yoldaşı barəsində cinayət işinin başlanması ilə nəticələnib. Bütün günahı özündə görən saxlanılan şəxs peşman olduğunu bildirib. Araşdırma davam etdirilir.