• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 31.10.2014 18:43

Goranboyda köhnə qaz sayğacları yeni sayğaclarla əvəzlənir

Goranboy rayonunda istismar müddəti başa çatan sənaye cihaz tipli qaz sayğacları yeni sayğaclarla əvəz edilir. Bununla yanaşı rayon qaz istismar sahəsi payız-qış mövsümü ilə əlaqədar hazırlıq işlərini davam etdirir.

Rayon üzrə 17 min 194 abonent təbii qazdan istifadə edir. Son bir neçə ay ərzində rayonda 2 mindən artıq abonentin köhnə qaz sayğacları yeni elester-sokar tipli qaz sayğacları ilə əvəz olunub. Təkcə bu ay ərzində isə 300-ə qədər abonentin qaz sayğacları yenilənib. İlin sonuna kimi daha min ədəd yeni sayğacın quraşdırılması nəzərdə tutulur. Bununla yanaşı rayon qaz istismar sahəsi qış mövsümünə keçidlə əlaqədar rayonun 12 yaşayış məntəqəsində müxtəlif diametrli 1326 paqonometr qaz borusunu yeniləyib. Həmçinin 70 qədər siyirtmə təmir edilərək saz vəziyyətə gətirilib.

Namiq Nəsirov- Goranboy rayon QİS-in rəis əvəzi: “Bildiyimiz kimi 2014-2015-ci il payız-qış mövsümü ilə əlaqədar olaraq Goranboy rayon QİS-in əhatə ərazisində payız-qış mövsümünün tədbirlər  planına uyğun olaraq bir sıra tədbirlər həyata keçirilmişdir. Buna görə də payız-qış mövsümü ərzində Göranboy rayon əhalisini təbii qazla təmin etməkdə heç bir problem yaşanmayacaq”. 

Hazırda hava şəraitinə uyğun olaraq rayonun gündəlik qaz sərfiyyatı 100-150 min k\m –dirsə, qış mövsümü ərzində sərfiyyat təlabata uyğun olaraq 250 min k\m qədər artırılır.

Elton Cabbarlı