• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2194
— 31.10.2014 18:22

Paytaxtda 3 dəfə məhkumluq həyatı yaşayan şəxsin üzərindən narkotik maddə aşkarlanıb

Paytaxtda narkotik maddələrin saxlanılmasını və satışını həyata keçirən şəxs saxlanılıb. Polis 46 yaşlı Rövşən Qurbanovun üzərindən 500 qram qurudulmuş marixuana götürüb.

 

Abşeron polisi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən 46 yaşlı Rövşən Qurbanovu yaxalayıb. Bir ay əvvəl azadlığa çıxan Rövşən Qurbanov özünü şübhəli apardığı üçün polis əməkdaşları tərəfindən saxlanılıb. İşin istintaqını aparan müstəntiq Elnur Məmmədovun sözlərinə görə, saxlanılan zaman Rövşən Qurbanovun üzərindən yarım kiloqrama yaxın marixuana aşkarlanıb.

Əvvəllər 3 dəfə məhkumluq həyatı yaşayan Rövşən Qurbanov narkotik maddələrdən dərman kimi istifadə etdiyini bildirib.

Saxlanılan şəxsin dediyinə inansaq marixuananı bir ay əvvəl həbsdən çıxanda dostlarının ona verdiyi pulla alıb.

Hazırda Abşeron polisi marixuananı Rövşən Qurbanova satan şəxsi axtarır. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.