• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1931
— 31.10.2014 18:19

Sabirabadda evə basqın edən şəxs azyaşlı uşağa xəsarət yetirərək mənzildən oğurluq edib

Sabirabad rayonunda qulduruluq faktı qeydə alınıb. Evə basqın edən rayon sakini ailənin azyaşlı üzvünə xəsarət yetirərək mənzildən qızıl-zinət əşyalarını oğurlayıb.

Sabirabad rayonun Axıska kəndində yaşayan Zaur Şıxəliyev polisə ərizə ilə müraciət edərək bildirib ki, onun evinə üzündə maska olan naməlum şəxs basqın edib və azyaşlı qızına bıçaqla xəsarət yetirərək qızıl-zinət əşyalarını oğurlayıb. Sabirabad polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni Sabirabad rayonu, Surra kənd sakini 39 yaşlı Namiq Səmədovun törətdiyi məlum olub.  Saxlanılan şəxsdən oğurluqda istifadə etdiyi alətlər -bıçaq, balta, maska, əlcək və skoç həmçinin oğurlanan qızıl-zinət əşyaları da maddi sübut kimi götürülüb.

Faktla bağlı Sabirabad polis şöbəsində CM-nin quldurluq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.