• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1054
— 31.10.2014 18:11

Bərdədə 69 yaşlı kişi keçmiş qohumunu güllələyib

Bərdədə güllələnmə hadisəsi baş verib.

Bərdə rayon Polis Şöbəsindən  verilən məlumata görə, hadisə Muğanlı kəndində qeydə alınıb.

Kənd sakini, 69 yaşlı Qədir Paşayev ehtiyatsızlıqdan qardaşı qızının keçmiş həyat yoldaşı, 37 yaşlı Ramin İsgəndərovu tüfənglə güllələyib.

Zərərçəkmiş müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən 69 yaşlı kişi tutularaq istintaqa cəlb olunub.

Bərdə Rayon Polis Şöbəsində hadisənin təfərrüatı araşdırılır.