Bu günə xəbərlərin oxunma sayı: 929
— 13.02.2017 13:46

Qubada iribuynuzlu heyvanların süni mayalandırılmasına maraq artıb

Qubada fermerlər arasında xaricdən gətirilən damazlıq iribuynuzlu heyvanların süni mayalandırılmasına maraq artıb. Fermerlər daha çox südlük “holşteyn friz” cinsindən olan damazlıq inəklərə üstünlük verir. Ümumilikdə bu il rayonda 1105 başdan çox inək süni mayalandırılıb. Onlardan 120 sağlam buzov alınıb.

Mahir Tayıbov 15 ildir ki, Qubada hevandarlıqla məşğul olur. O,  dövlət dəstəyindən faydalanaraq xaricdən lizinq yolu ilə 35 damazlıq mal-qara gətirib. Fermer əsasən təbii şəraitinə uyğun olaraq, südlük “holşteyn friz” cinsindən olan damazlıq inəklərə üstünlük verir.

Mahir Tayıbov heyvandarlıq məhsullarına olan tələbatını ödəmək məqsədi ilə xaricdən alınmış damazlıq inəklərin artımı üçün süni mayalamaya da xüsusi diqqət yetirilir. Suni mayalanma yolu alınan buzov yerli mühitə daha tez adaptasiya olur.

 Ötən il Quba rayonundakı təsərrüfatlarda 1105 iribuynuzlu mal süni mayanlandırılıb. Süni mayalandırılan heyvanlardan artıq 120 sağlam buzov alınıb. Görülən tədbirlər nəticəsində son illər rayonda ət və süd istehsalı xeyli artıb.

Damazlıq inəklərdən süni mayalanma ilə doğulan buzovlar iqlimə tez uyğunlaşır. Bununla yanaşı cins heyvanların saxlanılması yerli sakinlərə həm ət, həm də süd baxımından olduqca sərfəlidir. Belə ki, süni mayalanma ilə doğulan buzovların diri çəkisi və südü yerli inəklərdəkindən 3-4 dəfə çox olur. 

Ələkbər Məmmədbəyov