Bu günə xəbərlərin oxunma sayı: 1032
— 13.02.2017 13:45

Ölkədə heyvandarlığın inkişafı istiqamətində əsaslı işlər görülür

Müasir heyvandarlığın uğurla inkişafı insanların heyvandarlıq məhsullarına olan tələbatının ödənilməsi dövlətin vacib məsələlərindən biridir. Heyvanların cins tərkibinin yaxşılaşdırılması, yolxucu xəstəliklərin qarşısının alınması, qısırlığa qarşı mübarizənin gücləndirilməsi üçün iribuynuzlu heyvanlar arasında süni mayalanma prosesinin aparılması vacibdir. Fermerlərə buna görə verilən subsidiyalar onların bu işə marağını artırmaqla yüksək məhsuldarlıq əldə etməyə imkan yaradır.

Rayonun Qoxmuq, Oxud, Baş Kəldək, Baş Küngüt, Baş Zəyzid kəndlərindəki fərdi təsərrüfatlarda süni mayalandırma işinə münasibət yaxşı olduğu halda bəzi əndlərdə isə vəziyyət heç də ürəkaçan deyil.

Süni mayallandırma yolu ilə əldə olunan heyvanlar həm tez yetişir, həm də süd məhsuldarlığı yüksək olur. Ölkədə o cümlədən rayonda heyvanların süni mayalandırılmasında əsasən “Holştein-friz” “Simmental” və “Şarole” cinsindən olan buğaların toxumlarından istifadə edilir.

İsmayıllıda da heyvanların süni mayalandırılması işinə diqqət yetirilir.

2017-ci ilin yanvar ayında isə 289 baş heyvanda süni mayalandırma işi aparılıb, 137 baş süni mayalanma yolu ilə buzov əldə edilib, 114 baş buzova görə subsidiya verlməsi nəzərdə tutulub.  O cümlədən 2016-cı ildə Zaqatala rayonunda 5270 baş süni bayalandırılan heyvandan 4435 baş bala alınıbki, buda ötən illə müqayisədə 35 bala çoxdur.Ötən ilin oktyabr ayında 79 baş iribuynuzlu heyvanlar üçün vətəndaşlara hər bala üçün 100 manat olmaqla ümumilikdə 7900 manat məbləğində supsidiya ödənilib. Noyabr,dekabr və yanvar ayları üçündə müvafiq əməliyyatlar aparılıb,supsidiya yaxın günlərdə sakinlərə ödəniləcək.Camışlar və lizinq yolu ilə ölkəyə gətirilən heyvanlar üçün hər hansı bir supsidiyanın ödənilməsi isə nəzərdə tutulmayıb.