• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1357
— 31.10.2014 16:11

Göygöl rayonunda “Mənim gənclər təşkilatım” layihəsinin icrasına başlanılıb

Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasəti çərçivəsində ölkə gənclərinin sosial, humanitar, siyasi və mədəni inkişafında xüsusi yeri olan İrəli İctimai Birliyi Azərbaycanda ilk dəfə “Mənim gənclər təşkilatım” layihəsinin icrasına başlayıb. Göygöl rayonunda start götürən və noyabrın 4-dək davam edəcək layihə düşərgə formatında keçiriləcək və gənclər təşkilatlarının mövcud regionlarını əhatə edəcək. Layihədə 7 regiondan 50-yə yaxın gənc iştirak edir. Layihənin əsas məqsədi təşkilatın yaradılması, strukturu, işləmə mexanizmi, idarə olunması, gənclərin maarifləndirilməsi və onların inkişafına dəstək olmaqdır. Layihə çərçivəsində yeni təlim modulunun yaradılması da nəzərdə tutulub.