• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1355
— 31.10.2014 12:34

Dövlət Gömrük Komitəsinin sədri Şəmkirdə vətəndaşların qəbulunu keçirib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Şəmkirdə bu bölgədən olan vətəndaşları qəbul edib.

Görüşdə Şəmkir, Tovuz, Ağstafa, Qazax, Gədəbəy və Daşkəsən rayonlarının sakinlərinin, eləcə də bu rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətləri dinlənilib. Vətəndaşlar əsasən işə qəbul, iş yerlərinin dəyişdirilməsi, gömrük rüsumlarının ödənişlərinin sadələşdirilməsi, sərhəddə qarşılaşdıqları problemlər və digər məsələlərlə bağlı müraciətlər səsləndiriblər. Sakinləri  dinləyən komitə rəhbəri müvafiq göstərişlər verib.

Komitənin səlahiyyətlərinə aid olmayan məsələlər isə müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.