• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1355
— 31.10.2014 12:19

Ağstafa ərazisindəki dəmir yolunda təmir-bərpa işləri aparılır

Ağstafada qatarların sürətli hərəkətinə mane olan yol sökülərək, yeni beton pleterlərlə qurulur. Böyük Kəsik istiqamətində görülən yeniləmə işləri çərçivəsində elektrik xətləri, rabitə sistemi tam dəyişdirilir. Yararsız relslər, şalbanlar betonlarla əvəzlənir. “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibi Nadir Əzməmmədovun verdiyi məlumata görə, Ağstafa rayonun Poylu qəsəbəsindən başlanan təmir-bərpa işləri çərçivəsində 7 km yol tam yenilənəcək. Yol qoyuluşu Poylu stansiyasının girişindən başlayaraq, yeni tikilən körpünün  üzərindən keçməklə sərhəddə qədər davam edəcək. Yol tam təmir edildikdən sonra hərəkətdə olan qatarların sürəti də artırılacaq.