• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1396
— 31.10.2014 12:02

Berti Foqtsun istefasından sonra boş qalan Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə Robert Prosineçki gətirilir

Bu iddia ilə Xorvatiya mətbuatı çıxış edib. Bildirilir ki, Fransada AFFA rəhbərliyi və xorvatiyalı məşqçi arasında görüş keçirilib. Tərəflər uzun söhbətdən sonra razılığa gələ biliblər. Anlaşmaya əsasən, Prosineçki 1 il komandamızın “sükanı arxası”nda olacaq.

Xəbərdə qeyd olunur ki, Prosineçki ilə noyabrın 4-də Bakıda müqavilə imzalanacaq.

Millimiz noyabrın 16-da AVRO-2016-nın seçmə qrup mərhələsinin Norveçlə oyununa da məhz xorvatiyalı çalışdırıcının rəhbərliyi altında çıxacaq.

Həmkarlarımız Prosineçkinin Azərbaycanda işlədiyi müddətdə qazancını da yazıblar. Çalışdırıcı 1 ilinə 3 milyon dollar qazanacaq.

Qeyd edək ki, Prosineçki müxtəlif illərdə Xorvatiya yığmasında köməkçi məşqçi, “Srvena Zvezda” (Serbiya) və “Kayserispor” (Türkiyə) klublarında baş məşqçi vəzifəsini icra edib.