• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1983
— 31.10.2014 11:09

Tovuz ərazisində 2 yol qəzası: 6 yaralı

Ötən gün Tovuzun İbrahimhacılı kəndi ərazisində yol qəzası baş verib. Qəza zamanı "Mercedes" və "Vaz 2106" markalı avtomaşınlar toqquşub. “Vaz”-ın sürücüsü - Alakol kənd sakini Elməddin Hüseynov, həyat yoldaşı Şərqiyyə Hüseynova, qaynatası Əhmədabad kənd sakini Saleh Mustafayev və onun həyat yoldaşı müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstaxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti kafidir.

Daha bir qəza isə İbrahimhacılıdan bir qədər yüksəklikdə yerləşən Yanıqlı kəndinin ərazisində baş verib. Yol nəqəliyyat hadisəsi zamanı əmioğlanları, kənd sakinləri Cavanşir və Xasay Əhmədovlar zərər görüb. Hər iki şəxs Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Baş vermiş faktlarla bağlı araşdırmalara başlanılib.