• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1177
— 31.10.2014 11:03

Ağstafada ANAMA tərəfindən təhlükəsizliyi təmin etmək məqsədilə təmizləmə əməliyyatı aparılır

Ağstafada Ceyrançöl poliqonunda güclü partlayış baş verib. Ətrafa yayılan tüstü insanları təşvişə salsa da əslində bu, onların təhlükəsizliyini təmin etmək üçün aparılan təmizləmə əməliyyatı olub.

10 ilə yaxındır Ağstafa rayonun kəndlərində təmizləmə əməliyyatını həyata keçirən ANAMA əməkdaşları 64 milyon kv.m ərazini əhatə edən poliqonda 3 mərhələdə iş aparırlar. 1-ci mərhələdə 246 tank əleyhinə mina, 15 minə yaxın partlamamış hərbi sursat aşkarlanıb. 2-ci mərhələdə isə Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri uzaq vuran raketlərin qalıqlarını aşkarlayaraq zərərsizləşdiriblər.

Ərazidə daha çox diqqət çəkən və təhlükəli hesab edilən 2 ədəd 122 mm-lik partlamamış hərbi sursat da aşkarlanıb. Hazırda onun zərərsizləşdirilməsi istiqamətində iş aparılır. Bundan başqa Ağstafa rayonu ərazisindən dövlət əhəmiyyətli neft, qaz kəmərləri keçir ki, bu da ərazinin diqqətdə saxlanmasını labüd edir.

Ərazidən hərbi sursatların təmizlənməsindən sonra 3-cü mərhələ üzrə işlər aparılacaq. ANAMA-nın fəaliyyəti isə Ağstafada 2018-ci ilə qədər davam edəcək.

Rahim İbrahimoğlu