• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1017
— 30.10.2014 21:25

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncə şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, Şəki rayon sakini 17 yaşlı Orxan Qarayev mübahisə etdiyi Ağdaş rayon sakini, 18 yaşlı Toğrul Mirzəyev tərəfindən bıçaqlanıb.

Toğrul Mirzəyev döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər zərərçəkmişin vəziyyətinin ağır olduğunu bildiriblər.

Qanlı hadisəni törədən Toğrul Mirzəyev polisə gedərək könüllü şəkildə təslim olub.

Faktla bağlı araşdırma aparılır.