• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2157
— 31.10.2014 00:09

Gəncədə 29 yaşlı gənc bıçaqlanıb

Gəncə sakini 29 yaşlı Kənan Alınağıyev sol çənə bucağında bıçaq yaraları olan xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Müayinə zamanı Alınağıyevin xəsarətlərinin ciddi olmadığı üzə çıxıb. Həkimlər yaralıya yardım göstərərək ambulator müalicə üçün evə buraxıb. 

İlkin məlumata görə, Kənan Alınağıyev şəhərin Məhsəti qəsəbəsində tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Hadisənin təfərrüatları polisin araşdırmasından sonra bəlli olacaq.