• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 30.10.2014 23:36

Penitensiar Xidmətin daha bir cəzaçəkmə müəssisəsinə telefon keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Zəhra Xasanovanın yanına qısamüddətli görüşə gələn həyat yoldaşı - Yevlax şəhəri, Nizami küçəsi, ev 224 ünvanında yaşayan vətəndaş Surac Məmmədovun görüş otağında üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı onun gödəkçəsinin sol cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aparatı və 1 ədəd danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır. Qeyd edək ki, Zəhra Xasanova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5 maddəsi ilə azadlıqdan məhrum edilib.