• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2127
— 30.10.2014 21:27

Gəncədə yol qəzası baş verib

Bu gün axşam saat 21:00 radələrində Gəncə şəhəri Nizami və Ordubadi küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş verib.

Gəncə sakini Zeynal Bayramov idarə etdiyi "Mercedes" markalı avtomobillə Nizami küçəsiylə hərəkətdə olarkən anidən Ordubadi küçəsində qarşısına çıxan Elşən Zeynalovun idarə etdiyi "VAZ 2107" markalı maşınla toqquşub. Hər iki avtomobilə xeyli ziyan dəyib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmamasıyla bağlı hələlik məlumat verilmir.

Hazırda Gəncə şəhər Yol Polisi əməkdaşları hadisə yerində araşdırma aparır.