• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 983
— 30.10.2014 19:10

Şəmkirdə mağazadan 13 min manat dəyərində qızıl- zinət əşyaları oğurlanıb

Şəmkirdə oğurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxs Şəmkir şəhəri mərkəzi bazarına daxil olaraq orada qızıl- zinət əşyalarını alqı-satqısı ilə məşğul olan rayon sakini 58 yaşlı Nazənin Allahverdiyevanın etibarından sui istifadə edərək ona məxsus 12095 manat dəyərində müxtəlif çeşidli qızıl-zinət əşyalarını gizli talayıb. Oğurluq zamanı xüsusi ustalıq nümayiş etdirən həmin şəxs üzərində milli pulun olmadığını valyuta dəyişmə məntəqəsində pulu dəyişdirərək geri dönəcəyini bildirib. Bir qədər gözləyən satıcı sonradan aldadıldığını başa düşüb. Dərhal hadisə ilə Şəmkir rayon Polis Şöbəsinə məlumat verib. Hazırda polis həmin şəxsin tutulması istiqamətində zəruri əməliyyat axtarış tədbirlərini davam etdirir.