• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2249
— 30.10.2014 18:49

Bərdə və Yevlaxda yol qəzaları baş verib

Bərdə rayonunun Mirzalıbəyli kəndində ölümlə nəticələnən avtomobil qəzası baş verib. 32 yaşlı Ehtiram Cəfərovun idarə etdiyi “VAZ 21 010” markalı avtomobil hərəkətdə olarkən yoldan çıxaraq ağaca çırpılıb. Sürücü hadisə yerində dünyasını dəyişib. Avtomobil yararsız vəziyyətə düşüb. Faktla bağlı araşdırma aparılır.

Yevlax şəhərində 1 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib

Səməd Vurğun və Həsən bəy Zərdabi küçələrinin kəsişməsində Yevlax şəhər sakinləri Təyyar Bayramovun idarə etdiyi “VAZ 21 011” ilə Münasib Xəlilovun idarə etdiyi “VAZ 21 07” markalı avtomobillər toqquşub. Sonra “VAZ 21 011”-in sürücüsü idarəetməni itirərək avtomobili yaxınlıqdakı yaşayış evinin divarına çırpıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. Xəsarət alan Təyyar Bayramov Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.