• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 980
— 30.10.2014 18:43

Masallıda evdən oğurluq edən şəxslər tutulub

Masallı polisi oğurluq faktında şübhəli bilinən iki nəfər rayon sakinini saxlayıb. Rayon Polis Şöbəsinin müstəntiqi Anar Xəlilovun verdiyi məlumata görə, rayonun Babaser kənd sakini, 19 yaşlı Yasəf Boyliyev həmkəndlisi, 20 yaşlı İlqar Nəsirovla qabaqcadan əlbir olaraq bir qrup şəxs halında tamah məqsədi ilə gecə saatlarında dayısı arvadı,  Masallının Çayqıraq kənd sakini,  48 yaşlı Gülayə Həsənovanın evinə daxil olaraq sandığın içərisindən 6000 ABŞ dollarını oğurlayıblar.

Faktla bağlı Masallı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, saxlanılan şəxslərin digər oğurluq faktlarında iştirakının olub-olmadıqları araşdırılır.