• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1415
— 30.10.2014 18:26

Şəmkir və Yevlaxda dəhşətli yanğınlar baş verib

Bu gün günorta saat 15:00 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsində Xatirə Hümbətovaya məxsus yaşayış evində yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal Şəmkir Dövlət Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyinə baxmayaraq ümumi sahəsi 80 kvm olan 5 otaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Şəmkirdə daha bir yanğın hadisəsi baş verib. Yanğında ərzaq mağazası yanıb. Şəmkir rayon Dövlət Yanğından mühafizə hissəsindən verilən məlumata görə, hadisə gecə saat 03:00 radələrində Şəmkir şəhərində Mehdi Hüseynzadə və Füzuli küçələrinin kəsişməsində baş verib. Rayon sakini Cəbrayıl Zeynalabdinova məxsus sahəsi 80 kvadratmetr olan ərzaq mağazasının 35 kvadratmetri yanar konstruksiyaları və içərisində olan ərzaqla birlikdə yanaraq yararsız hala düşüb. Yanğın yerinə 2 avtomobil cəlb edilib. Tez bir zamanda yanğının qarşısı alınıb. Yanğının nədən baş verdiyi aparılacaq araşdırmadan sonra məlum olacaq. 

Yevlaxda isə qarət etdiyi mağazanı yandıran şəxslər tutulublar. Yevlax Rayon Polis Şöbəsindən verilən məlumata görə, oktyabrın 15-ə keçən gecə rayonun Aşağı Bucaq kəndində Elnur Kərimova məxsus mağazada yanğın baş verib. Nəticədə 12 kv/m sahədə mağazanın yanar konstruksiyaları və oradakı ərzaq məhsulları qismən yanıb. Aparılan araşdırmalar zamanı mağazadan Havarlı kənd sakinləri Elçin İsgəndərov və Asif Nəsibov tərəfindən ərzaq məhsullarının oğurlanması və sonradan yandırılması müəyyən edilib.  Onlar polis tərəfindən tutulublar. Asif Nəsirovun evinə baxış zamanı 2 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.