• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1300
— 30.10.2014 17:13

Göygöldə yeni salınan 1941-45-ci illər park-abidə kompleksində aparılan tikinti işləri yekunlaşmaq üzrədir

Kompleksdə qurulan uşaq əyləncə mərkəzi də sakinlərin istifadəsinə hazırlanır.

Rayonun Azay Kazımov küçəsində yerləşən 1941-45-ci illər park-abidə kompleksində indiyədək 7 min kv/m ərazidə tamet döşəmə işləri aparılıb. Kompleksdə əhalinin mədəni istirahətini təmin etmək üçün 3 böyük fəvvarə qurulur. Bundan başqa, yeni oturacaqlar habelə, uşaq əyləncə mərkəzi də burada rahatlığın təmin olunmasına imkan verir. Şəhər nümayəndəliyinin məlumatına görə, burada 1941-45-ci illər II Dünya müharibəsinin anım güşəsi Ukraynadan gətirilən qranitlə üzlənib. Bundan başqa, ərazidə işıqlandırma və yaşıllıq sistemi də yenilənir, vaxtilə parkda olan qocaman ağacların yerinə cavan ağaclar əkilib. Kompleksdə aparılan yenidənqurma işlərinin vaxtında və kefiyyətlə başa çatdırılması üçün hazırda 100-ə yaxın  işçi qüvvəsi çalışır. Parkın gələn ayın ortalarınadək istidafəyə verilməsi gözlənilir.

Aymirə İsmayılqızı