• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1679
— 30.10.2014 16:40

Lokomotiv - Kəpəz qarşı-qarşıya

Sabah futbol üzrə Azərbaycan I Divizionunun 9-cu turu çərçivəsində Gəncənin "Kəpəz" klubu Bakının "Lokomotiv" kollektivi ilə qarşılaşacaq. Oyundan öncə Nizami Yurdunda son məşqinə çıxan Vidadi Rzayevin yetirmələri qarşılaşmaya yüksək əhval ruhiyyə ilə hazırlaşıb. Heyətdə zədəli və cəzalı futbolçunun olmaması Rzayevi qələbə haqda düşündürür. Amma komandanın heyətində itkilər var. Səhhətində problem olan yarımmüdafiəçi Vasif Məhərrəmov və çimərlik futbolu üzrə yığma komandanın heyətində Dubayda təlim-məşq toplanışında olan qapıçı Davud Kərimi qarşıdakı oyunda "Kəpəz"ə kömək edə bilməyəcək. Bundan başqa gəncəlilərin heyətində iki yeni futbolçu baxışdadı. Hələlik onlarla bağlı yekun qərar verilmədiyindən, bu oyunçuların adı iştirak ərizəsinə salınmayıb. Qeyd edək ki, "Lokomotiv" - "Kəpəz" görüşü oktyarın 31-i saat 13:00-da başlayacaq.