• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1968
— 30.10.2014 16:23

Türkiyə Cümhuriyyətinin yaranmasının 91-ci ildönümü Gəncədə də qeyd olunub

Türkiyə Cümhuriyyətinin yaranmasından 91 il ötür. Bu münasibətlə qardaş ölkənin Gəncədəki baş konsulluğu tədbir keçirib.

Bayram abu-havasında keçən tədbirdə şəhər rəhbərliyi, ictimaiyyət və KİV nümayəndələri, türk iş adamları iştirak ediblər. Yığıncaqda Türkiyə prezidenti Rəcəb Tayyib Erdoğanın təbrik məktubu oxunub. Əsası 1923-cü il oktyabr ayının 29- da Mustafa Kamal Ataturk və silahdaşları tərəfindən qoyulan Türkiyə Cümhuriyyəti tarixin sınaqlarından üzü ağ çıxmağı bacarıb və hazırda dünya ölkələri sırasında sayılıb seçilən bir mövqedə dayanır. Bu gün Türkiyə bir çox dövlətlər, o cümlədən Azərbaycanla siyasi, iqtisadi və mədəni əlaqələrini genişləndirir. Cümhuriyyət bayramı münasibətilə təbrikləri qəbul edən Türkiyənin Gəncədəki Baş Konsulu Orxan İşık Gəncə və Gəncəbasar ərazisinin daha da inkişaf etdirilməsi üçün bir çox sahələrdə iş birliyinin yaradılmasının önəmli olduğunu vurğulayıb. Konsul ortaq layihələrin həyata keçirilməsi üçün hər iki ölkədə kifayət qədər imkanların yaradıldığını bildirib.

Gülnar Fazilqızı