• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2130
— 30.10.2014 11:04

Futbol üzrə Azərbaycan Premyer Liqasında 10-cu turun oyunları keçirilib

Turun bütün oyunları eyni gündə baş tutub.

Naxçıvanda "Araz Naxçıvan" klubu öz meydanında "Qəbələ"ni qəbul edib. Pavol Farkaşın matçın 21-ci dəqiqəsində vurduğu qol Qəbələ təmsilçisinə minimal hesablı qələbə qazandırıb. Paytaxt derbisində isə "Bakı" və "Neftçi" komandaları üz-üzə gəlib. Oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Ötən turda "Qarabağ"a 2:3 hesabı ilə uduzan "Xəzər Lənkəran" klubu səfərdə "Sumqayıt"ın qonağı olub. Oyun Lənkəran təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. AZAL klubu isə evdə "Simurq"la qarşılaşıb. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə iki dəfə fərqlənən komandalar oyundan 1 xalla ayrılıblar - 2:2.

Turun mərkəzi qarşılaşması "İnter Arena"da keçirilib. Burada "İnter" klubu Premyer Liqanın lideri "Qarabağ"ı qəbul edib. Matç qolsuz bərabərliklə başa çatıb - 0:0. 


Azərbaycan Premyer Liqası

10-cu tur

29 oktyabr

14:00. “Araz Naxçıvan” – “Qəbələ” - 0:1
Qol:
 Pavol Farkaş, 21 (0:1)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Namiq Hüseynov, Feyzulla Feyzullayev
Naxçıvan Muxtar Respublika stadionu. 

14:00. “Bakı” – “Neftçi” - 1:3
Qollar:
 Julius Vobay, 38 (0:1), Nurlan Novruzov, 55 (1:1), Araz Abdullayev, 62 (1:2), Kaue de Silva, 85 (1:3)
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Mehman Mahmudov, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

16:00. “Sumqayıt” – “Xəzər Lənkəran” - 1:2
Qollar:
 Qabriel Fernando, 26 (0:1), Məhəmməd Qurbanov, 42 (1:1), Alfred Sankoh, 67 (1:2)
Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Coşqun Həsənov, Nail Nağıyev
Sumqayt şəhər stadionu

17:00. AZAL – “Simurq” - 2:2
Qollar: 
Samir Zərgərov, 15 (0:1), Rəşad Abdullayev, 56-pen (1:1), Eduardo Makiel, 79 (2:1), Əli Gökdəmir, 90+1 (2:2)  
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Nahid Əliyev, Xəlil Hüseynli
Bakı. “AZAL Arena”

18:00. “İnter” – “Qarabağ” - 0:0 
Hakimlər:
 Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ramil Əhmədov
Bakı. “İnter Arena”

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

9

5

3

1

14-8

18

2

İnter

10

4

5

1

20-4

17

3

Neftçi

9

5

2

2

9-8

17

4

Qəbələ

10

5

2

3

11-11

17

5

Simurq

10

4

2

4

15-10

14

6

Xəzər Lənkəran

10

4

2

4

13-10

14

7

Sumqayıt

10

4

0

6

12-16

12

8

AZAL

9

2

4

3

9-13

10

9

Bakı

10

3

1

6

8-22

10

10

Araz Naxçıvan

9

1

1

7

7-16

4