• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1678
— 30.10.2014 11:03

Marta Vieira da Silva yığmamızın üzvləri ilə bir araya gəlib

Oktyabrın 28-dən 30-dək Bakıda keçirilən Gənclər Siyasəti üzrə I Qlobal Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfər edən BMT İnkişaf Proqramının xoşməramlı səfiri Marta Vieira da Silva azərbaycanlı gənc həmkarları ilə görüşüb. 2006-2010-cu illərdə ardıcıl olaraq 5 dəfə FİFA tərəfindən dünyanın ən yaxşı qadın futbolçusu seçilən Braziliya yığmasının üzvü həmçinin Bayıl Arenada 17 və 19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının məşqini izləyib. Məşq prosesi başa çatdıqdan sonra karyerası barədə məlumat verən Marta sonda futbolçularımızın suallarını cavablandırıb.