• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2084
— 16.01.2017 15:16

Gəncədə keçirən “Kəpəz”in əvəzedici heyəti təlim-məşq toplanışını davam etdirir

KepezTV Player

Çempionatın qış fasiləsini, Gəncədə keçirən “Kəpəz”in əvəzedici heyəti təlim-məşq toplanışını davam etdirir. Gündə iki dəfə məşq edən komanda hazırlıq dövründə yoxlama oyununa çıxıb. “Sarı-göylər” səfərdə “Turan-Tovuz” ilə qarşılaşıb. Gəncəli hakimlər briqadasının idarə etdiyi matç ev sahiblərinin 5:2 hesablı qələbəsi ilə başa çatıb. Əvəzedicilərdən qolları Sahib Abbasov və Şəfi Bağırov vurub. “Kəpəz” yanvarın 19-da I divizionun lideri ilə yenidən qarşılaşacaq. Bu oyun da, Tovuzda keçiriləcək və saat 15:30-da başlayacaq.

Futbol üzrə Azərbaycan Premyer Liqası UEFA-nın ötən ildə başa çatan çempionatlarla bağlı hesabatında rekorda imza atıb. Belə ki, bir il öncəki mövsümlə müqayisədə 2015/16 çempionatında stadionlardakı tamaşaçı sayı 99 faiz artıb. Bununla da, Azərbaycan Avropanın bütün liqalarını arxada qoyub. UEFA-nın hesablamaları üzrə 2014/15 mövsümündə cəmi 234 min tamaşaçının izlədiyi çempionatımızda 2015/16 mövsümündəki rəqəm 465 minə çatıb. Bu yüksəliş “Kəpəz”in sayəsində mümkün olub. Tamaşaçı sayının klublar üzrə bölünməsində Gəncə təmsilçisi 240 min 650 nəfərlə toplamaqla rekordun əsas səbəbkarına çevrilib.

Azad Rəfi