Bu günə xəbərlərin oxunma sayı: 1755
— 12.01.2017 10:14

Şəmkirdə evdə baş verən yanğında kirayənişin ölüb

KepezTV Player

Alov tüstüsünə qərq olan şəxs kirayənişin yaşadığı evdə ölüb. Şəmkirin Yeni Həyat kəndində baş verən yanğın zamanı fərdi yaşayış evi yararsız hala düşüb.

Bu gün səhər saat 08:00 radələrində Şəmkir rayonunun Yeni Həyat kəndində Məlahət Həsənovaya məxsus fərdi yaşayış evində yanğın baş verib. Dərhal hadisə yerinə Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürmə briqadası cəlb olunub. Ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı evdə kirayədə yaşayan Daşkəsən sakini 51 yaşlı Rafiq Quliyevin yanmış cəsədi aşkarlanıb.   

Yanğın hadisəsi gördüyünüz bu otaqda baş verib. Qısa zamanda isə bütün evi bürüyüb.  Alovu ram etmək üçün yanğınsöndüərnlər səy göstərsələr də, mərhumu xilas etmək mümkün olmayıb.

Yanğınsöndürənlər tərəfindən meyit aidiyyəti üzrə təhvil verilib. Qonşuların sözlərinə görə, kirayənişin Rafiq Quliyev təxminən 3 aya yaxındır həmin evdə tək yaşayırmış. Hadisə barədə isə onlar evdən tüstü çıxmasından sonra xəbər tutublar.

Yılmaz Həsənov qonşu: Səhərə yaxın idi. Yuxarıdan qonşular gəlirdi. Qapını döyüb dedilər ki nə isə tüstü bu evdə. Dedin yəqin odun sobası yandırılar. Bir qədər sonra çöldən baxdım ki həqiqətən tüstülüyür. Keçdim içəri ki göğrdüm qapı bağlıdır.

Tamam Həsənova – ev sahibinin qohumu: qonşu Tüstü yox alov çıxırdı. İstixanaya gedənlər qapını döydülər eviniz yanır. Qalxanda gördük ki yanır.

Hazırda müvafiq strukturlar yanğının baş vermə səbəblərini araşdırır. İlkin ehtimala görə,  hadisəyə odun sobasından alov sıçraması səbəb olub.

Natiq Hüseyn