Bu günə xəbərlərin oxunma sayı: 1416
— 11.01.2017 14:00

“Kəpəz”in əvəzedici heyəti üçün qış fasiləsi başa çatıb

KepezTV Player

Komanda yanvarın 5-dən məşqləri bərpa edib.

Gəncədə hazırlaşan əvəzedicilər məşqlərini doğma şəhərlə yanaşı, həm də Samux rayonunun Aşağı Ağasıbəyli kənd stadionunda keçirlər. Hazırlıq planı iki hissəyə bölünüb. Əsasən bərpaedici xarakter daşıyan ilk mərhələdən fərqli sonrakı hissə daha gərgin və məsuliyyətli olacaq. Belə ki, yanvarın 12-dən komanda bir həftəlik təlim-məşq toplanışına başlayacaq. Futbolçular gündə iki dəfə məşq edəcəklər.

Azər Məmmədov- “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi: “Həftəlik məşq proqramını ikitərəfli oyunla yekunlaşdırırıq. Beş gün ümumi dözümlülüyə çalışmışıq. Qarşıdakı günlərdən səhər və axşam olmaqla, gündə iki məşq keçəcəyik. Həm uşaqlara baxmaq, həm də toplanış öncəsi hazırlıqlarını görmək üçün oyun saldıq”.

İkitərəfli oyun baxışda olan futbolçulara özünü göstərmək üçün şansdır. Əvəzedicilərin hazılığında klubunun 17 və 19 yaşlılardan ibarət komandalarından dəvət olunan 7 belə oyunçu iştirak edir.

Azər Məmmədov- “Kəpəz”in əvəzedici heyətinin baş məşqçisi: “1998-2000-ci il təvəllüdlü ürəyimiz istəyən futbolçular yoxdur. Bununla belə çalışırıq dəvət olunan 7 oyunçuya baxıb, qiymət verək. Bu da yoldaşlıq görüşlərindən sonra bəlli olacaq”.

“Kəpəz” ilk yoxlama oyununu isə yanvarın 14-də keçirəcək. Gəncəlilər birinci divizionun lideri “Turan Tovuz”la səfərdə qarşılaşacaqlar.
Azad Rəfi