Bu günə xəbərlərin oxunma sayı: 1276
— 11.01.2017 13:55

2016-cı ildə 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən 29 akt tərtib edilib

KepezTV Player

Ekoloji tarazlığın qorunması və ətraf mühitin mühafizəsi istiqamətində, ötən il 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi tərəfindən müvafiq qanun pozuntularına qarşı ümumilikdə 29 akt və 19 inzibati protokol tərtib edilib. İnzibati cəza tədbirinin nəticəsi olaraq 30 min 500 manatlıq cərimənin tam ödənilməsi təmin edilib. Bununla yanaşı Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fonduna fiziki və hüquqi şəxslər tərəfindən ödənilməli olan 36 min 736 manatdan, 20 min 764 manatının ödənilməsi reallaşdırılıb. Həmçinin, şöbənin müvafiq sektorları tərəfindən 40 ədəd müxtəlif cinsli ağacların budanmasına, 57  ağacın isə kəsilməsinə razılıq verilib.

İlkin Hacıyev- 10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş məsləhətçisi: “10 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsi olaraq 2016-cı ildə müvafiq olaraq tərəfimizdən reydlər və yoxlamalar aparılıb. Əhaliyə bildirmək istəyirik ki, 2017-ci ildə də bu işlər davam etdiriləcək və müxtəlif reydlər və yoxlamalar aparılacaq. Vətəndaşlara bir daha demək istəyirəm ki, ekoloji pozuntulara yol verməsinlər”.

Elton Cabbarlı