Bu günə xəbərlərin oxunma sayı: 1340
— 11.01.2017 14:04

Gəncə sakinləri sosial sahədə mövcud qanunvericilik və islahatlarla bağlı məlumatlandırılır

KepezTV Player

Gəncədə "Sosial inkişaf naminə alyans: Sosial siyasətin keyfiyyəti, effektivliyi və şəffaflığının artırılması" layihəsi çərçivəsində dəyirmi masa təşkil edilib. BMT İnkişaf Proqramının, Avropa İttifaqının dəstəyi, İqtisadi və Sosial İnkişaf Mərkəzinin təşkilatçılığıyla həyata keçirilən layihənin əsas məqsədi sosial sahədə mövcud qanunvericilik və islahatlarla əhalini məlumatlandırmaqdır. Silsilə xarakter daşıyacaq ictimai dinləməyə şəhər icra hakimiyyətinin, bələdiyyə, DSMF-nin yerli nümayəndələri və fəal sakinlər qatılıb. Layihə çərçivəsində “Ünvanlı sosial yardımla bağlı hüquqi mexanizm", “Əhalinin məşğulluğu" kimi təlimlər də təşkil olunacaq.

Xəyalə Mürsəl