Bu günə xəbərlərin oxunma sayı: 1343
— 11.01.2017 12:40

Yanğın baş verən qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

Yanvarın 10-u saat 20:45 radələrində yanğın baş verən Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb. Gecə saatlarında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq bölmələri diametri 1000 millimetr olan yanğını lokallaşdırıraq söndürüb. Dövlət Neft Şirkətinin mütəxəssisləri isə xəttə verilən qazı alternativ kəmərə keçirib və xətti istismardan təcrid ediblər. Hadisə nəticəsində xəsarət alan olmayıb. SOCAR-dan verilən məlumata görə, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb.

Zülfiyyə Telmanqızı