Bu günə xəbərlərin oxunma sayı: 1193
— 11.01.2017 13:29

Keçmiş məhkumdan silah götürüldü

KepezTV Player

Paytaxtda Binəqədi rayon polis idarəsi əməliyyatçıları daxil olan məlumat əsasında Mübariz Meybullayevi yaxalayıblar. Onun evinə keçirilən baxış zamanı qanunsuz saxlanılan “Toz 8” markalı tüfəng aşkar olunaraq götürülüb. Silahın hər hansı cinayətdə istifadə olunub-olunmamasını yoxlamaq üçün ekspertizaya göndərilib. Keçirilən araşdırmalar zamanı saxlanıılan şəxsin narkotik vasitə aludəçisi olduğu da müəyyənləşib. O, əvvəllər qəsdən adamöldürmə maddəsi ilə 14 il məhkum olunub. Belə ki, o, qisas məqsədi ilə qardaşını qətlə yetirən şəxsi öldürüb.

Ruhəngiz Hacızadə