Bu günə xəbərlərin oxunma sayı: 1406
— 11.01.2017 13:16

Yeniyetmə 18 yaşlı tələbəni siqaretə görə öldürdü

KepezTV Player

18 yaşlı gəncin ondan siqaret istəyən 16 yaşlı yeniyetməyə yox deməsi faciə ilə nəticələnib. Qətl hadisəsi Cəlilabadda baş verib.

Hadisə Cəlilabad rayonu, Səttər xan küçəsində baş verib. 18 yaşlı Emin Abdullayev ayaqqabısını təmir etdirib, evə geri dönürmüş. Bu zaman rayon sakini, 16 yaşlı yeniyetmə ona yaxınlaşaraq siqaret istəyib. Emin siqarətdən istifadə etmədiyini bildirdikdə yeniyetmə qəzəblənib. Yaranan mübahisə qanla nəticələnib. Yeniyetmə üzərindəki bıçaqla universitet tələbəsi olan Eminin ürək nahiyəsinə bir zərbə endirib. Gənc aldığı xəsarətdən elə hadisə yerində dünyasını dəyişib. Onu bıçaqlayan şəxs hadisə yerindən qaçsa da, sonradan polisin keçirdiyi əməliyyatla saxlanılıb. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Vüsalə Camal