Bu günə xəbərlərin oxunma sayı: 1452
— 11.01.2017 13:02

30 kiloqrama yaxın narkotik dövriyyədən çıxarıldı

KepezTV Player

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub. Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Nəzərovdan 19 kiloqram 470,278 qram marixuana götürülüb. Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Musayevdən 10 kiloqram 70 qram marixuana götürülüb.

Ruhəngiz Hacızadə