Bu günə xəbərlərin oxunma sayı: 1399
— 11.01.2017 13:43

Yol qəzalarında 2 nəfər sağlamlığından oldu

KepezTV Player

Bu dəfə yol qəzaları Bakı və Gədəbəydə baş verib. Nəticədə iki nəfər sağlamlığını itirib.

Yol qəzalarından biri paytaxtın Xətai rayonunda olub. Nobel prospektində “Toyota” və “Mercedes” markalı minik avtomobilləri toqquşub. Zərbə güclü olduğundan “Toyota” yol kənarındakı səkiyə çırpılıb. Nəticədə sürücü xəsarət alıb. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar. Onların səyi nəticəsində avtomobildə sıxılaraq qalan sükan sahibi oradan çıxarılaraq 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Baş verən hadisə ilə bağlı prospektdə bir müddət tıcax yaransa da, sonradan bu vəziyyət aradan qaldırılıb.

Gədəbəyin Qarıkənd kəndində isə piyadavurma hadisəsi baş verib. 51 yaşlı Oqtay Sarıyevi avtomobil vurub. Zərərçəkən Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Ona bud sümüyünün sınığı diaqnozu qoyulub. Tibbi yardım göstərilən Sarıyevin vəziyyəti normaldır. Faktlar araşdırılır.

Vüsalə Camal