Bu günə xəbərlərin oxunma sayı: 1200
— 11.01.2017 12:41

İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşmaları başlayıb

Birinci oyun gününün yeganə görüşündə “Mançester Yunayted” "Old Trarffor"da “Hall Siti”ylə üz-üzə gəlib. Oyunda “qırmızı şeytanlar” 2 cavabsız qolla qələbə qazanıblar. 56-cı dəqiqədə Xuan Mata adını tabloya yazdıraraq diqqətləri üzərinə cəlb edib. Görüşün yekun hesabını isə Fellaini təyin edib. Belçikalı oyunçu sol cinah asmasını başıyla çərçivədən keçirərək mançesterliləri cavab qarşılşamasına sərfəli nəticəylə yollayıb.

İngiltərə Liqa kuboku,
yarımfinalın  ilk oyunu

10 yanvar

“Mançester Yunayted” – “Hall Siti” 2:0
Qollar: Xuan Mata, 56. Fellaini, 87.

Orxan Cəfərzadə