Bu günə xəbərlərin oxunma sayı: 1098
— 11.01.2017 12:19

Millilərimizin yeni baş məşqçilərinin adılarına aydınlıq gəlib

Azərbaycanın boks üzrə yığma komandalarının yeni baş məşqçiləri müəyyənləşib. Ukraynalı Leonid Layinski əsas milliyə baş məşqçi təyin olunub. Nəriman Abdullayev bu komandada böyük məşqçi vəzifəsini qalacaq.

Gənclərdən ibarət komanda Vaqif Şirinova tapşırılıb. Əməkdar məşqçi Vaqif Kazımov yeniyetmə boksçulardan ibarət heyətə rəhbərlik edəcək.

Qadınlardan ibarət millimiz isə Elbrus Rzayevin rəhbərliyi altında çıxışını davam etdirəcək.

Qeyd edək ki, böyüklər arasında Azərbaycan çempionatı 25 - 30 yanvar tarixlərində keçiriləcək.

Orxan Cəfərzadə