Bu günə xəbərlərin oxunma sayı: 1401
— 11.01.2017 12:09

“Atletiko” ilk 1/4 finalçı oldu

Futbol üzrə İspaniya kubokunda ilk 1/4 finalçı bəlli olub. Bu mərhələnin cavab qarşılaşmaları çərçivəsində “Atletiko” doğma meydanda “Las-Palmas”ı qəbul edib. İlk yarısı qolsuz tamamlanan oyunun 49-cu dəqiqəsində hesab açılıb. Madridlilərdən Antuan Qrizman rəqib qapısına yol tapıb. 57-ci dəqiqədə görüşdə tarazlıq yaranıb. Marko Livaya fərqlənərək bərabərliyi təmin edib. Çox keçməmiş paytaxt kollektivindən Anxel Korrea komandasının yenidən önə keçirib. 89-cu dəqiqədə qarşılaşmada ikinci dəfə status-kvon bərpa olunub. Qonaqların ilk qolunu vuran Livaya dubl müəllifinə çevirilib. Əzmkar göstərən Kike Setenin yetirmələri oyunun əsas vaxtına artırılan 3-cü dəqiqədə Mateo Qarsiyanın vurduğu qol sayəsində güclü rəqibini 3:2 hesabıyla məğlub etsə də, ilk oyundakı 2:0-lıq qələbə Atletikonu növbəti mərhələyə daşıyıb.

İspaniya kuboku

1/4 final mərhələsi

10 yanvar

 

“Atletiko” - “Las-Palmas” -  2:3 
Qollar: Qrizmann, 49 (1:0), Livaya, 57 (1:1), Korrea, 61 (2:1), Livaya,  89 (2:2), Mateo Qarsiya, 90+3 (2:3)
(ilk oyun 2:0)

Orxan Cəfərzadə