Bu günə xəbərlərin oxunma sayı: 1316
— 11.01.2017 12:06

Təmsilçimiz Türkiyədə meydana çıxacaq

Qadın voleybolçular arasında Çempionlar Liqasında II turun oyunları davam edir.

İlk turda Polşanın “Dabrova Qornitsa” klubunu məğlub edən “Azərreyl” bu dəfə Türkiyədə “Fənərbaxça”nın qonağı olacaq.

İstanbulda keçiriləcək oyun Azərbaycan çempionu üçün heç də asan alınmayacaq. Çünki son illərdə klublarımızın kabusuna çevrilən “Fənərbaxça”nın doğma divarlar arasında büdrəyəcəyi inandırıcı görünmür.

Çempionlar Liqası

C qrupu

II tur

20:00. “Fənərbaxça” (Türkiyə) – “Azərreyl” (Azərbaycan)

Hakimlər: İvaylo İvanov (Bolqarıstan), Simone Santi (İtaliya)

İstanbul. Burhan Felek Voleybol Salonu

 

Fənərbaxça

1

1

0

3-0

75-63

3

Azərreyl

1

1

0

3-1

93-94

3

Dabrova Qornitsa

2

1

1

4-4

189-173

3

Sen-Rafael

2

0

2

1-6

143-170

0

 

Orxan Cəfərzadə