Bu günə xəbərlərin oxunma sayı: 1471
— 11.01.2017 12:02

19 yaşlılar Qazaxıstana qarşı

Valentin Qranatkinin xatirəsinə həsr olunan 29-cu beynəlxalq turnirdə iştirak edən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün ikinci oyununa çıxacaq.

C qrupunda yer alan Təbriz Həsənovun komandası Qazaxıstanla üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtilə saat 13:00-da başlayacaq. 

Komandamız ilk görüşdə Litvaya 1:2 hesabıyla uduzduğundan bu görüşdə mütləq qalib gəlməlidir. Əks halda millimiz mükafatlar uğrunda mübarizə şansını itirəcək.

Orxan Cəfərzadə