Bu günə xəbərlərin oxunma sayı: 1212
— 11.01.2017 10:08

İtaliyaya səyahət...

KepezTV Player

Mükəmməl təbiətin vəhdətini təşkil edən ölkə - İtaliya. 20 bölgədən ibarət olan bu əsrarəngiz ölkə o qədər gözəldir ki, siz hətta bu bölgələrin bir neçəsində olsanız da, mütləq yenidən qayıtmaq istəyəcək, hər qayıtdığınızda da yeni gözəlliklər kəşf etməyin aruzunda olacaqsınız. Hazırda İtaliyada 60 milyon insan yaşayır. Ölkənin ərazisi isə 301.340 km² təşkil edir. İqlimi subtropik və mülayim Aralıq dənizi iqlimidir. Alp dağlarını çıxmaq şərtilə qar nadir hallarda yağır.

Turistlərin üstünlük verdiyi yerlər arasında İtaliya 5-ci sıradadır. İtaliyanın hər bir şəhəri tursitləri fərqli səbəblərlə cəlb etməyi bacarır.

Roma

Planetimizin ən qədim şəhərlərindən biri olan Roma tarixin canlı şahididir. Burda Kolizey, Trevi fəvvarəsi, Navona meydanı, Viktor monumenti, Borgeze qalereyası, “Roma tətilləri” filmindən də tanıdığımız “Həqiqətin ağzı” yerləşir. Şəhər özü-özlyündə romantikanın , qayğısız həyatın simvoludur.

Neapol

Neapol da tursitlərin marağını cəlb etməkdə heç də geri qalmır. Şəhər məşhur Vezuvi vulkanının yaxınlığında yerləşir. 720 hektarlıq Neapolun tarixi mərkəzi hissəsi YUNESCO Dünya İrsi siyahısındadır.

Venesiya

“Dənizlər kraliçası” adlandırılan şəhər romantika sevərlər və aşiqlər üçün mükəmməl bir yerdir. Hər il fevral ayında keçirilən və 10 gün davam edən karnaval şəhərin əsrarəngiz havasına başqa bir maraq qatır.

Florensiya

İtaliyanın muzeylər şəhəri, Renessansın vətəni. Tarixi və mədəniyyəti ilə məşhur olan şəhər həmçinin körpüləri ilə də seçilməyi bacarır. İkinci Dünya müharibəsi zamanı İtaliyada zərər almayan yeganə körpü də məhz bu şəhərdə yerləşir.

Milan

Milan İtaliyanın işgüzar və sənaye mərkəzidir. Şəhərdə iri monopoliyalar, banklar, birjalar fəaliyyət göstərir. Milanda il ərzində müxtəlif  sənaye sərgiləri təşkil olunur.

Avtomobillər

Məşhur maşın brendləri: “Ferrari”, “Pagani”, “Lamborghini”, “Maserati”, “Alfa Romeo”  kimi maşınları istehsal etsə də, şəhərdə gəzinti zamanı daha çox sərfəli və yığcam avtomobilləri görərik. İtaliyada hər 1000 nəfərdən 682-si maşından yararlanır. Bu göstəricilər Almaniya və Yaponiayadan üstündür.

İqtisadiyyat

İtaliya öz iqtisadi inkişafına görə dünyanın aparıcı sənaye dövlətlərindəndir. Avropada iqtisadi cəhətdən dördüncü, dünyada isə 7-ci ən böyük ölkə İtaliyadır. Dünyada 10 ən böyük ixracatçıdan biri də İtaliyadır. Burada həyat səviyyəsi bəzi sahələrdə hətta ABŞAlmaniya və s. ölkələrdən də üstündür. Ən çox şərab ixrac edən və  ən böyük turizm ölkələrindən biridir. Qızıl-valyuta ehtiyatlarının həcminə görə dünyada 4-cü ölkədir. Amma İtaliya iqtisadiyyatı son illər ciddi çətinliklərlə üzləşir. İndi ölkədə iş tapmaq heç də asan deyil.

İdman

Futbolu İtaliyanın milli idman növü saymaq olar. Hər şəhərin öz futbol komandası var. Bundan başqa İtaliyanlar qış oyunlarına da xüsusi maraq göstərirlər.

Dəb

Əbəs yerə İtaliyanı “Modanın vətəni” adlandırmırlar. “Armani”, “Dolce Gabbana”, “Gucci”, “Valentina”, “Prada” kimi məşhur brendlər bu ölkədə yerləşir. Təbiidir ki, italyanlar da dəbə önəm verir. Seçdikləri hər bir geyim, aksessuarda bunu göstərməyə çalışırlar.

Mətbəxi

Ölkədə hər kəsin sevə biləcəyi yeməklər mövcuddur. Bunlar arasında ilk sırada dayananlar pizza və 140-dan çox növü olan spagettidir. Şirniyyatları da məşhurdur. İtalyanların ən sevimli içkisi isə qəhvədir.  Espresso, cappucino, makiyatı kimi qəhvə növlərinin vətəni İtaliyadır.

Ailə

İtalyanlar ailə bağlarına xüsusi ilə önəm verən millətdir. Həyatlarında hər şeydən öndə onların ailələri gəlir, hətta iş vaxtlarını belə ailələrinə uyğun olaraq seçirlər. Rəhbərlik isə yeni işçi götürərkən  namizədinCV-sində yazılanlardan daha çox, yaxın qohumlarının onun haqqında deyəcəklərini əsas götürür.

Almaz İbrahimli