• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4177
— 29.10.2014 21:48

Samuxda avtomobil aşıb, sürücü dünyasını dəyişib

Hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində qeydə alınıb. Samux rayon sakini, 24 yaşlı Rza Həmzəyev idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan Rza Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimi Şahin Quliyevin sözlərinə görə yaralının həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul xidmətinin əməkdaşıdır. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.