Bu günə xəbərlərin oxunma sayı: 1003
— 10.01.2017 23:25

Binəqədi polisi evinde silah saxlayan şəxsi saxlayıb

Binəqədi rayon polis idarə əməliyyatçıları daxil olan məlumat əsasında rayonun Binəqə qəsəbəsində yaşayan Mübariz Meybullayevi yaxalayıblar. Onun evinə keçirilən baxış zamanı “Toz 8” markalı tüfəng aşkar olunaraq götürülüb. Silahın hər hansı cinayətdə istifadə olunub-olunmamasını yoxlamaq üçün ekspertizaya göndərilib. Keçirilən araşdırmalar zamanı saxlanıılan şəxsin narkotik vasitə alüdəçisi olduğu da müəyyənləşib. O, əvvəllər qəsdən adamöldürmə maddəsi ilə14 il məhkum olunub. Belə ki, o, qisas məqsədi ilə qardaşını qətlə yetirən şəxsi öldürüb.