Bu günə xəbərlərin oxunma sayı: 1399
— 10.01.2017 23:21

Başına tir düşən məktəbli Bakıya göndərildi

KepezTV Player

Masallıda orta məktəblərin birində bədbəxt hadisə baş verib. 9-cu sinif şagirdi idman zalında ciddi xəsarət alaraq, xəstəxanalıq olub.
Bədbəxt hadisə Digah qəsəbəsində, 4 saylı məktəbdə baş verib. 16 yaşlı Əkbər Ramazanov idman zalında olarkən ciddi xəsarət alıb. Yaxınlarının verdiyi məlumata görə, futbol oynamaq üçün nəzərdə tutulan qapının üstündəki tir onun başına düşüb.

Yaralı dərhal Masallı Rayon Xəstəxanasına aparılıb. İlkin müayinə zamanı Əkbər Ramazanova kəllə-beyin travması, baş beynin əzilməsi, sol tərəfli təpə gicgah sümüyünün sınığı diaqnozu qoyulub.

Ramazanovun vəziyyəti ağır olduğu üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına yola salınıb.
Vəfa Şairova