Bu günə xəbərlərin oxunma sayı: 1213
— 10.01.2017 19:37

Goranboyda duman qəzaya səbəb oldu

Goranboy-Naftalan yolunun Qızılhacılı qəsəbəsindən keçən hissəsində "VAZ 21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri yoldan çıxaraq aşıb. Qəzada xəsarət alan olmasa da,  hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisəyə qatı dumanın səbəb olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.